“Zirə” səfərdə “Sumqayıt”ı dramatik oyunda məğlub etdi

08.02.26 | 21:27

Premyer Liqanın XIX turu çərçivəsində bu gün iki qarşılaşma baş tutub. Günün ikinci matçında “Sumqayıt” doğma meydanda “Zirə”ni qəbul edib.

Mehdi Hüseynzadə adına stadionda toplaşan azarkeşlər qol şousuna və gərgin mübarizəyə şahidlik ediblər. Oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri tezliklə tarazlığı bərpa ediblər. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “Sumqayıt” iki dəfə hesabda geri düşsə də, iradəsini ortaya qoyaraq hesabı bərabərləşdirməyi bacarıb. Lakin matçın son nöqtəsini qonaqlar qoyub. İkinci hissədə meydana daxil olan gürcü legioner Giorgi Papunaşvili 88-ci dəqiqədə vurduğu qolla “Zirə”yə çətin səfərdə vacib qələbə qazandırıb.

“Sumqayıt” – Zirə 2:3 (1:2)

Qollar:

0:1 Volkov, 24’

1:1 Ninkoviç, 26’

1:2 Alıyev, 36’

2:2 Ramalinqom, 50’

2:3 Papunaşvili, 88’

Baş hakim: İnqilab Məmmədov

“Sumqayıt”: Mehdi Cənnətov, Höccət Haqverdi, Səbuhi Abdullazadə (k) (Roy Kahat, 46), Vüsal Rzayev, Aleksandr Ramalinqom, Nikola Ninkoviç (Nihad Əhmədzadə, 81), Rayan Senhaci, Danilo Beskorovaynı, Ronaldo Vaskes, Masaki Murata, Aleksa Yankoviç (Rüstəm Əhmədzadə, 72)

“Zirə”: Tyaqo Silva, Qismət Alıyev (k), İsmayıl İbrahimli, Rövlan Muradov (Yeqor Boqomolski, 72), Rüfət Abdullazadə (Giorgi Papunaşvili, 66), Ruan Renato, Enrike Kustodio, Davit Volkov (Leroy Mikkels, 72), Anje Mutsinzi, Junior Martins (Ceyhun Nuriyev, 65), Ayron Qomis.

Sarı vərəqə: Beskorovaynı, Murata

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58