“İmişli” təəccüblənmdirməkdə davam edir. Çempionatın iddialı komandalarından olan “Zirə” ilə qarşılaşan Kaşkilyanın yetirmələri uzun müddət hesabda irəli olsa da, zirəlilərin təzyiqi sonda nəticə verdi. Volkov komandasını məğlubiyyətdən xilas etdi. Hesabda irəli olmasını nəzərə alsaq, heç-heçə meydan sahibləri üçün itki sayıla bilər. Amma bu nəticə daha çox “Zirə” üçün itki oldu. Doğrudur, Rəşad Sadıqovun komandası məğlubiyyətsiz davam edir.
Premyer Liqa, 6-cı tur
“İmişli” – “Zirə” 1:1
“İmişli”: A.Sinenka, A.Ağazadə, D.Rollo, H.İsayev, A.Salahlı, E.Morqan, D.Almeyda, N.Karaklaiç, L.Silvestr, R.de Souza, E.Banquera.
“Zirə”: T.Silva, R.Renato, İ.Cibrila, İ.İbrahimli, Q.Alıyev, D.Volkov, G.Papunaşvili, A.Qomis, M.Junior, A.Mutsinzi, B.Konate.
Qollar: Rollo, 26 – Volkov, 80.