Yuri Vernidub Andrey Ştoqrinin transfer şayiələrinə aydınlıq gətirdi

10.03.26 | 19:10
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ukraynalı vinger Andrey Ştoqrinin komandadan ayrılacağı ilə bağlı yayılan şayiələrə son qoyub. UA-Futbol portalına danışan təcrübəli mütəxəssis, futbolçunun gələcəyi və performansı barədə kəskin fikirlər səsləndirib.

Mütəxəssis bildirib ki, futbolçunun gedişi gündəmdə deyil və yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bunların hamısı feyk xəbərlərdir. Ştoqrinlə 2027-ci ilin yayına qədər müqaviləmiz var. Bildiyim qədərilə, oyunçunun özünün də komandadan ayrılmaq kimi bir niyyəti yoxdur”.

Vernidub Ştoqrinin meydandakı fədakarlığını və müxtəlif mövqelərdə çıxış etmək bacarığını xüsusi qeyd edib: “Onun özünəməxsus üstünlükləri var. Məsələn, son oyunda onu sağ cinah müdafiəçisi kimi sınaqdan keçirdim və o, bu tapşırığın öhdəsindən kifayət qədər uğurla gəldi. Andrey çox vicdanlı futbolçudur. Verilən tapşırıqları dəqiqliklə yerinə yetirir, məşqlərdə və oyunlarda özünü maksimum dərəcədə işinə həsr edir. Onun işinə qarşı heç bir iradım yoxdur”.

Xatırladaq ki, Ştoqrin cari mövsümdə “ağ-qaralar”ın heyətində əsas simalardan biri kimi çıxış edir və Vernidubun rotasiyalarında mühüm rol oynayır.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09