Hazırda davam edən “Karvan-Yevlax” – “Kəpəz” oyununun ilk yarısında maraqlı insident baş verib. “Karvan”ın baş məşqçisi Azər Həşimov 27-ci dəqiqədə Vüsal Məsimovu Əli Abdullayevlə əvəzləmək qərarına gəlib. Lakin oyunçu bu qərara tabe olmaq istəməyib və meydanda qalıb. Kənardan məqşçilər heyətinin çağırışları və komanda yoldaşlarının təkidinə baxmayaraq Vüsal Məsimov meydanda qalmağa qərar verib və məqşçinin əvəzetmə qərarı ləğv olunub. Bu olay “Karvan” komandasında intizamın bərbad olması ilə yanaşı baş məşqçi Azər Həşimovun nüfuzunun hansı səviyyədə olmasından xəbər verib.