U-15 komandamız Moldovanın paytaxtı Kişinyovda UEFA-nın futbolun inkişafı proqramı çərçivəsində keçirilən turnirdə ikinci oyununu keçirib. Yeniyetmə futbolçular bolqarıstanlı həmyaşıdları ilə qarşılaşıb və böyük hesabla uduzub – 1:5. Xatırladaq ki, bizimkilər ilk oyunda Monteneqroya uduzmuşdu – 0:1.
Noyabrın 23-də keçiriləcək son turda yeniyetmələrimiz Moldova ilə qarşılaşacaq.