Bir insan hamı üçün yaxşı ola bilməz, bu həyatın yazılmamış qanunudur. Elə götürək “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı. Lionel Messi onu unikal insan sayır, ancaq “Barselona”nin sabiq oyunşusu Yaya Ture isə onun şeytan adam olduğunu deyir.
“Barselona” və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Yaya Ture “Zack en Roue Libre” YouTube kanalında məşqçi Qvardiolaya olan hisslərindən danışıb.
2007-ci ildən 2010-cu ilə qədər “Barselona”da oynayan Kot d`İvarlı futbolçu klubdan ayrılması və həmin dövrdə Peplə qarşılıqlı münasibətlərindən danışıb. Ture iddia edib ki, Qvardiola onun yerinə atası “Barselona”da oynayan ispaniyalı oyunçu gətirmək istəyirdi. Həmin futbolçunun adını çəkməsə də, kontekstdən onun Serxio Busketsdən bəhs etdiyi aydın görünür: “Mən onu kişi yox, ilan kimi görürəm.” 2010-cu ilin yayında mənə zəng edib “sən “Barsa”ya qayıtmalısan, bu vacibdir” dedi. Həyat yoldaşım bunu eşidəndə bərk əsəbləşdi “bu cəfəngiyyata qulaq asacaqsan? O, səni təhqir edib, indi isə qalmağını istəyir? Bəs sən necə, qalmaq istəyirsən? Gəl Mançesterə gedək, əzizim” dedi.
Yaya Ture fikrini belə tamalayıb: “Bu oğlan bütün mövsüm boyu oynamağıma mane oldu. 2010-cu il Dünya Kubokunda yaxşı çıxış etdim və bundan sonar məni “Barselona”da saxlamaq istədi. Həyat yoldaşım dedi ki, “O şeytandır, o, kişi deyil, o, başdan-ayağa şərdir.” O, onun pis insan olduğunu düşünürdü”.
Maraqlıdır ki, Ture söhbət zamanı bir dəfə də olsun Qvardiolanın adını çəkməyib.
2009/10 mövsümündə Yaya “Barselona”da bütün yarışlarda 37 oyun keçirib. 2016-cı ildə Qvardiola Turenin oynadığı “Mançester Siti”nin baş məşqçi postunu tutub. Yarımmüdafiəçi onun rəhbərliyi altında iki mövsüm oynadıqdan sonar klubdan ayrılıb.