Yamal və Neymarın “gizli” anlaşması və mundialın finalı ilə bağlı maraqlı vəd

30.01.26 | 12:16
Dünya futbolu

“Barselona”nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamal, “TNT Sports”a müsahibəsində komanda yoldaşı Rafinya ilə meydandakı tərəfdaşlığıdan və braziliyalı ulduz Neymarla olan dostluğundan danışıb.

Rafinya ilə olan tərəfdaşlığı haqqında belə deyib: “Biz bir-birimizin uğuru üçün çalışırıq. Əgər onun aktivində qol olub, mənimki olmasaydı, o, penalti zərbəsini mənə həvalə edərdi. Eyni şəkildə, mən qol vurduğum halda o hələ fərqlənməyibsə, mən də həmin zərbəni ona güzəştə gedərəm. Birlikdə ən yüksək zirvələri fəth edə bilərik, çünki bir-birimizi tamamlayırıq. Bizim tandemimizdə eqoya və ya üstünlük yarışına yer yoxdur, biz bir tamın parçalarıyıq“.

Yay tətilini Braziliyada Neymarla birlikdə keçirən Yamal, bu ölkəyə heyran qaldığını gizlətməyib: “Braziliya məndə çox dərin təəssürat yaratdı, oraya yenidən böyük məmnuniyyətlə qayıdardım. Neymarla bu barədə artıq danışmışıq və aramızda maraqlı bir razılaşma var: əgər yığmalarımız Dünya Çempionatının finalında qarşılaşsa, tətilə yenidən birlikdə gedəcəyik. Finalda İspaniya və Braziliya duelini görmək möhtəşəm olardı”.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58