Kişilərin Çelenc Kubokunda mübarizə aparan “Xilasedici” 1/32 final mərhələsində Rumıniya “Styau”sına qarşı cavab oyununu keçirib. Səfərdə 0:3 uduzan voleybolçularımız evdə məğlubiyyətin əvəzini çıxa bilib – 3:1 (25:23, 25:17, 15:25, 28:26). Növbəti mərhələyə adlayacaq komandanı müəyyənləşdirmək üçün “qızıl set” oynanılıb. Həlledici setdə 15:13 hesablı qələbə qazanan “Xilasedici” 1/16 finala vəsiqə qazanıb. Növbəti mərhələdə “Xilasedici”nin rəqibi Belçika “Lindemans”ı ilə qarşılaşacaq. İlk oyun yanvar 7-də Belçikada keçiriləcək.