Xaos, qorxu və şans: “Qarabağ” – “Ayntraxt” oyunu Almaniya mətbuatının gözündə

20.01.26 | 07:29
Ölkə futbolu

Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Ayntraxt” qarşılaşması ərəfəsində Almaniya mətbuatında gərginlik pik həddə çatıb. “Bild”, “Kicker”, “Hessenschau” və digər nüfuzlu nəşrlərin yazdığına görə, Frankfurt təmsilçisi Bakıya sadəcə bir futbol matçı üçün yox, mövsümü xilas etmək üçün gəlir.

Alman mətbuatının oyuna baxışını 4 əsas başlıq altında qruplaşdırmaq olar:

1. “Başsız qalan “qartallar”

Alman mediasının əsas gündəmi oyuna cəmi 3 gün qalmış baş məşqçi Dino Toppmöllerin istefaya göndərilməsidir. Mətbuat bu qərarı “gözlənilməz şok” və “rəhbərliyin son çırpınışı” kimi qiymətləndirir. “Ayntraxt” Bakıya xaos içində yollanır. Komandanı meydana müvəqqəti olaraq U21 məşqçisi Dennis Şmitt və klubun əfsanəsi Aleksandr Mayer çıxaracaq. Alman jurnalistlər bu vəziyyətin “Qarabağ” üçün əlavə motivasiya, Frankfurt futbolçuları üçün isə böyük psixoloji təzyiq olduğunu yazırlar.

2. Turnir cədvəlində “utancverici mənzərə”

Alman analitiklər turnir cədvəlindəki vəziyyəti Frankfurt klubu üçün “həyəcan təbili” adlandırırlar. Hazırda “Qarabağ” 22-ci, “Ayntraxt” isə 30-cu yerdədir. “Qarabağ”ın “qartallar”dan daha üstün mövqedə olması Almaniyada təəccüblə qarşılanır. Yerli mətbuat yazır ki, frankfurtlular Bakıdan qələbəsiz dğnsələr, pley-off şansları demək olar ki, yox olacaq. Bu oyun onlar üçün “olum ya ölüm” matçı elan edilib.

3. Təkəbbür, yoxsa ehtiyat?

Frankfurt klubunun Bakı səfəri ilə bağlı qərarı mediada geniş müzakirə olunur. Komanda Bakıya oyun günü ərəfəsində (çərşənbə günü axşam saatlarında) çatacaq və Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqə çıxmayacaq. Alman mediası bunu riskli addım adlandırır. Onlar qeyd edirlər ki, Bakının atmosferi və stadionun aurası ilə tanış olmadan oyuna çıxmaq “Ayntraxt”a baha başa gələ bilər.

4. Rəqibə hörmət: “Tofiq Bəhramov faktoru”

Alman mətbuatı “Qarabağ”ı “evində dişli və aqressiv rəqib” kimi xarakterizə edir. Yazılarda xüsusilə “Qarabağ” doğma divarlar arasında oynayarkən tamamilə fərqli bir komandaya çevrildiyi vurğulanır. Alman ekspertlər Frankfurtun müdafiədəki boşluqlarının “Qarabağ”ın sürətli əks-hücumları qarşısında aciz qala biləcəyindən ehtiyat edirlər.

Yekun: Almaniya mətbuatı Bakıdakı oyunu “Ayntraxt”ın mövsümdəki taleyini həll edəcək final kimi görür. Komanda ya bu xaosdan qələbə ilə çıxıb dirçələcək, ya da Bakıda avrokubok arzularını dəfn edəcək.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11