Voyçex Şçesni Diario SPORT-a 2024/25 mövsümündə Çempionlar Liqasının yarımfinalında “Barselona”nın “İnter”ə məğlubiyyətdən sonra Jerar Martini necə sakitləşdirməsindən danışıb. Həmin anı xatırlayan polşali qapıçı bunları söyləyib: “Jerar Martinin ağladığını görüb ondan soruşdum “niyə ağlayırsan?”. O, isə cavabında “Barselona” finala vəsiqə qazana blmədi” dedi.
Mən ona iki il əvvəl harada olduğunu və orta səviyyəli bir klubda oynadığını xatırlatdım. Daha sonra ona “dostum, Çempionlar Liqasının yarımfinalında oynayısan! Yüz vacib oyunu uduzsan da, yüzünü də qazanacaqsan. Ancaq bu gün harada olduğuna bax. Dostum bura “San Siro”dur. Düzdü uduzduq, ancaq gör nə qədər irəliləmişik”.
Şçesni söhbəti belə bitirib: “Siqaretimi çəkib, onun sakitləşməsini gözlədim. Martin bir az düşünəndən sonra “lənət olsun, bu gün hətta məhsuldar ötürmə etdim” dedi. Kim olduğunu anlayıb ağlamağı dayandırdı. Çempionlar Liqasının yarımfinalında məhsuldar ötürmə verən o idi və tualetdən başını dik tutaraq çıxdı”.
Xatırladaq ki, 2024/25 mövsümündə “İnter” “Barselona”nı üzərində qələbədən sonra ÇL-in finalında PSJ-yə böyük hesabla uduzdu – 5:0.