Superliqanın son turunda “Fatih Karagümrük”ü 3:0 hesabı ilə məğlub edən “Gənclərbirliyi”nin baş məşqçisi Volkan Dəmirəl oyundan sonra istefa verib. Oktyabrın 31-dən “Gənclərbirliyi”nin meneceri vəzifəsinin icrasına başlayan Türkiyə millisinin sabiq qolkiperi müsahibəsində gözlənilməz qərarının səbəbinə aydınlıq gətirib. Gənc menecer prezident dəyişikliyindən sonra vəzifəsindən ayrılmaq qərarına gəldiyini bildirib: “İstefa versəm də, bunu könüllü etmirəm. Burada olduğum üçün çox xoşbəxtəm. Bildiyiniz kimi, məni buraya klub başkanı Mehmet Kaya gətirmişdi. Yeni seçkilərdə Arda Bey qalib gəldi və mən də onu təbrik edirəm. Dünən mənə qarşı çox yaxşı davrandılar, ancaq artıq qərarımı vermişdim. Mehmet Kaya burada varsa, məndə varam, o, yoxdursa məndə gedəcəyəm”.
Klubun sabiq başkanı Mehmet Kayanın isə “böhranın dərinəşməsinə imkan verməyin” deyərək vəziyyəti sakitləşdirdiyi bildirilir. Voilkanın qısa dönəmində “Gənclərbirliyi” altı matç keçirib və bunun 3-də qələbə qazanıb, 3-də isə uduzub.