Kişilərdən ibarət “Xilasedici” voleybol komandası Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu keçirib. Səfərdə Rumıniya “Styaua”sı ilə qarşılaşan bakılılar 0:3 (25:21, 25:20, 25:20) hesabıyla məğlub olublar.
Xatırladaq ki, bu cütün cavab görüşü noyabrın 20-də Bakıda keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək oyun saat 18:00-da başlayacaq.