Vernidub İranın Naxçıvana dron hücumundan danışdı

08.03.26 | 13:51
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub İranın Naxçıvan hava limanına endirdiyi dron zərbələri və regiondakı gərgin siyasi vəziyyət barədə Ukrayna mətbuatına danışıb. O, son günlər baş verən hadisələri şərh edərkən dünyadakı ümumi vəziyyətdən narahatlığını ifadə edib və Sport.ua saytına müsahibəsində Naxçıvana edilən hücum və Bakıdakı mövcud durum barədə danışıb.

Hücumun təfərrüatlarına toxunan baş məşqçi, hadisədən xəbərdar olduğunu bildirdib: “Bilirəm ki, İran sərhədinə yaxın yerləşən Naxçıvan şəhərinə hücum olub. Deyəsən, iki dron hava limanına zərbə endirib. Şükürlər olsun ki, insanlar arasında tələfat yoxdur – yalnız yaxınlıqdakı binalara ziyan dəyib”.

Vernidub təkcə regional deyil, həm də qlobal miqyasda artan gərginliyi “Üçüncü Dünya Müharibəsi”nin siqnalları kimi qiymətləndirib: “Azərbaycan hakimiyyəti dərhal etiraz notası ilə öz mövqeyini bildirdi. Dünyada nələrin baş verdiyini görmək qorxuludur: Dubay, Əbu-Dabi və Yaxın Şərqin digər böyük şəhərləri əziyyət çəkir. Elə təəssürat yaranır ki, Üçüncü Dünya Müharibəsi yaxınlaşır”.

Şəhərdəki təhlükəsizlik tədbirləri və gündəlik həyat barədə danışan mütəxəssis, hazırda diqqətini tamamilə futbola yönəltdiyini vurğulayıb: “Təhlükəsizliklə bağlı müvafiq tədbirlər, əlbəttə ki, görülüb. Lakin hələlik hansısa detalları bilmirəm, çünki səhərdən axşama qədər klubun bazasındayam – daim futbol işləri ilə məşğul oluram. Onu deyə bilərəm ki, hazırda Bakıda sakitlikdir”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09