Vernidub: “Bu gün baş verənlər futbolu bəzəmir”

28.02.26 | 18:47
Ölkə futbolu

Premyer Liqanın 22-ci turunda keçirilən “Şamaxı” – “Neftçi” (2:2) qarşılaşmasından sonra paytaxt təmsilçisinin baş məşqçisi Yuriy Vernidub mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis oyunun nəticəsindən çox, qarşılaşma zamanı verilən qərarlara və komandasına qarşı olan münasibətə toxunub.

Vernidub oyunun texniki tərəflərindən danışmaq istəmədiyini bildirərək, narazılığını bu sözlərlə ifadə edib: “Oyunu şərh etmək istəmirəm. Qoy bu qərar üçün məsuliyyət daşıyan kimdirsə, o da şərh versin. Futbolçularımın oyunundan razıyam, lakin bu gün baş verənlər adama ağır gəlir. Belə hallar futbolu bəzəmir. Hakimlik problemi hər yerdə var, təkcə Azərbaycanda deyil. Amma biz komanda olaraq bu gün çox kədərli anlar yaşadıq, özümüzü pis hiss edirik”.

Baş məşqçi komandanın inkişaf tempinin qarşısının alınmağa çalışıldığını iddia edib: “Biz ciddi şəkildə inkişaf etməyə başlamışıq… Sanki kimsə Neftçinin yüksəlişini istəmir. Lakin biz dayanmayacağıq və yalnız irəli gedəcəyik. Bu yolu yalnız ən güclülər davam etdirə bilər”.

Matçın son dəqiqələrində meydançanı bürüyən güclü duman fonunda oyunun davam etdirilməsinin nə dərəcədə doğru olması barədə suala Vernidub qısa və kinayəli cavab verib: “Bilmirəm. Görünür, VAR o dumanın içində epizodu çox aydın görüb”.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58