Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yarışlarda öz bayraqları altında çıxışına icazə verməyi tövsiyə edib. Hələlik, bu yalnız gənclərin yarışlarına şamil olunur. RTE-nin məlumatına görə, UEFA bənzər addımı atmamaq qərarına gəlib. Qurumun yüksək vəzifəli rəsmiləri hesab edirlər ki, Rusiya komandalarını, hətta gənclər və yeniyetmələriin belə, yarışlarda iştirakını bərpa etmək Ukraynadakı münaqişənin siyasi həllinə nail olmadan mümkün deyil. Xatırladaq ki, 2023-cü ildə UEFA Rusiyanın gənclər komandalarını yarışlara buraxmağa cəhd etdi. Ancaq sonradan bu ideyadan imtina etmək məcburiyyətində qaldılar. UEFA eyni səhvi təkrarlamaq və bəzi ölkələrin etirazları ilə üzləşmək istəmir.