Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək (U-23) güləşçilər arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə millimizin beş sərbəst güləşçisi xalçaya çıxıb. Onlardan üçü – Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) rəqiblərinə qalib gələrək yarımfinala vəsiqə qazanıblar.
Digər nəticələrə gəlincə, təmsilçilərimizdən Musa Ağayev (65 kq) və Ramik Heybətov (70 kq) mübarizəyə uğurla başlasalar da, dörddəbir final mərhələsində məğlub olublar. Onların bürünc medal şansı rəqiblərinin finala yüksəlməsindən asılıdır.