Yalnız “Şamaxı” və “Qəbələ” gənc oyunçulara oynamaq imkanı verir
U-21 millimizin bolqarlarla qarşılaşmasında diqqət çəkən məqamlardan biri də komandaların heyəti idi. Bizimkilərin bu oyunda ilk xalı qazanması təqdirə layiqdir. Belə ki, rəqiblə müqayisədə Azərbaycan millisinin üzvlərinin faktiki olaraq oyun təcrübəsi yoxdur. Gəlin ilk öncə bolqarların heyətinə diqqət yetirək. Qapıçı Aleks Bojev Çexiya “Slaviya”sını heyətində bu mövsüm artıq 6 oyunda forma geyinib və 540 dəqiqə medanda olub. Maraqlıdır ki, start heyətdə meydana çıxanların arasında daha iki legioner var. Bunlar İtaliya “Bolonya”sının ikinci komandasının sol cinah müdafəçisi Dimitar Papazov və İngiltərə “Şeffild Yunayted”nin sağ cinah müdafəçisi Mixail Polendakov idi.
İndi isə yerli çempionatda çixış edən oyuçuların göstəricilərinə nəzər salaq. Xatırladaq ki, Bolqarıstan çempionatında 7 tur keçirilib.

İndi isə U-21 millimizin heyətini nəzərdən keçirək. Düzdü milli çempionatmızda cəmi 3 tur keçirilib. Bununla belə komandanın heyətinə nəzər salsaq vəziyyətin heç də ürəkaçan olmadığını görərik.

İlk növbədə onu qeyd edək ki, bolqarlardan fərqli olaraq futbolumuzun gələcəyi sayılan U-21 komandasında ölkəmizi qitə kubokunda təmsil edən, yəni aparıcı klublarımızın üzvü yoxdur. Belə anlamaq olar ki, aparıcı klubların başı legioner gətirərək bu gün nəticə qazanmağa qarışıb, onlara futbolumuzun gələcəyi maraqlı deyil. Belə olan halda gələcəyin əsas millisindən nəticə gözləməyə dəyərmi?! Siyahıya nəzər saldıqda yalnız U-21 yığmasının baş məşqçisi Ayxan Abbasovun “Şamaxı”nın baş məşqçisi kimi gənclər komandasına faydalı olmağa çalışdığını görürük. İki futbolçu “Şamaxı”da oynamaq üçün az-çox vaxt qazanıb. Bir də “Qəbələ” klubunun Şahin Şahniyarovu gənc yaşlarından əsas heyətin oyunçusuna çevirməyi alqışlanmalıdır. Qalan klublar, xüsusən də yuxarı yerlər üçün oynayanların heyətində gənclər forma geyinmək imkanı qazanmır. Belə oyun praktikası yoxluğu ilə fiziki, taktiki təcrübə toplaya bilmədikdən sonra yuxarı yaşlarda millidə hansı nəticədən söhbət gedə bilər?