U-21 millisinin planı bəlli oldu: 24 futbolçu, iki çətin sınaq

20.03.26 | 15:30
Ölkə futbolu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarına hazırlaşır. B qrupunda mübarizə aparan yığmamızın qarşıdakı Portuqaliya və Bolqarıstan matçları üçün hazırlıq planı və heyəti rəsmiləşib.

AFFA-nın yaydığı məlumata görə, gənc qitə birinciliyinin seçmə mərhələsində çıxış edən millimiz martın 20-də Bakıda təlim-məşq toplanışına start verəcək. Futbolçularımızı qarşıda gərgin və məsuliyyətli on gün gözləyir. 

Martın 27 martdə U-21 komandamız Bakıda, 8-ci kilometr qəsəbə stadionunda qrupun favoritlərindən olan Portuqaliya yığmasını qəbul edəcək. Ertəsi gün millimiz dərhal Bolqarıstana yollanacaq və martın 31-də Plovdiv şəhərində Bolqarıstan seçməsi ilə qarşılaşacaqlar.

Məşqçilər korpusu bu vacib oyunlar üçün həm Premyer Liqa, həm də I Liqa klublarında özünü göstərən gənclərə, həmçinin xaricdə ölkəmizi təmsil edən legionerə güvənib. 24 nəfərlik heyətdə “Şamaxı” 6, “Sumqayıt” isə 4 futbolçu ilə təmsil olunaraq diqqət çəkir.

Aşağı liqalardan “Difai”, “Karvan”, “Mingəçevir” və “Zaqatala” kimi I Liqa klublarından oyunçuların dəvət alması yığma məşqçilərinin aşağı liqaları da diqqətdə mərkəzində saxlamasından xəbər verir. Türkiyə təmsilçisi “Keçiörəngücü”ndə çıxış edən Həsən Nəzərli isə heyətdəki yeganə legioner kimi hücum xəttində əsas ümidlərdən biri olacaq.

Yığmanın tam heyəti

Qapıçılar: Sadiq Məmmədzadə (“Difai”), Xəyal Fərzullayev (“Sumqayıt”), Səlim Həşimov (“Şamaxı”).

Müdafiəçilər: Emin Rüstəmov (“Karvan-Yevlax”), Elgün Dünyamalıyev (“Cəbrayıl”), Raul Məmmədov (“Səbail”), Kənan Fayziyev, Nihad Əhmədzadə, Nadir Orucov (hamısı “Sumqayıt”), Eşqin Əhmədov (“Qəbələ”), Rüfət Abbasov (“Şamaxı”).

Yarımmüdafiəçilər: Okan Təhmazlı (“Zaqatala”), Əkbər Əyyubov (“Mingəçevir”), Bilal İsmayılov, Edqar Ədilxanov, Oruc Məmmədov, Emil Süleymanov (hamısı “Şamaxı”), Nuqay Rəşidov, Şahin Şahniyarov (hər ikisi “Qəbələ”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Həsən Nəzərli (“Keçiörəngücü”, Türkiyə).

Hücumçular: Nahid Əliyev (“Şəfa”), Şahin İbrahimov (“Sabah”), Murad Məmmədov (“Neftçi”).

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09