Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarına hazırlaşır. B qrupunda mübarizə aparan yığmamızın qarşıdakı Portuqaliya və Bolqarıstan matçları üçün hazırlıq planı və heyəti rəsmiləşib.
AFFA-nın yaydığı məlumata görə, gənc qitə birinciliyinin seçmə mərhələsində çıxış edən millimiz martın 20-də Bakıda təlim-məşq toplanışına start verəcək. Futbolçularımızı qarşıda gərgin və məsuliyyətli on gün gözləyir.
Martın 27 martdə U-21 komandamız Bakıda, 8-ci kilometr qəsəbə stadionunda qrupun favoritlərindən olan Portuqaliya yığmasını qəbul edəcək. Ertəsi gün millimiz dərhal Bolqarıstana yollanacaq və martın 31-də Plovdiv şəhərində Bolqarıstan seçməsi ilə qarşılaşacaqlar.
Məşqçilər korpusu bu vacib oyunlar üçün həm Premyer Liqa, həm də I Liqa klublarında özünü göstərən gənclərə, həmçinin xaricdə ölkəmizi təmsil edən legionerə güvənib. 24 nəfərlik heyətdə “Şamaxı” 6, “Sumqayıt” isə 4 futbolçu ilə təmsil olunaraq diqqət çəkir.
Aşağı liqalardan “Difai”, “Karvan”, “Mingəçevir” və “Zaqatala” kimi I Liqa klublarından oyunçuların dəvət alması yığma məşqçilərinin aşağı liqaları da diqqətdə mərkəzində saxlamasından xəbər verir. Türkiyə təmsilçisi “Keçiörəngücü”ndə çıxış edən Həsən Nəzərli isə heyətdəki yeganə legioner kimi hücum xəttində əsas ümidlərdən biri olacaq.
Yığmanın tam heyəti
Qapıçılar: Sadiq Məmmədzadə (“Difai”), Xəyal Fərzullayev (“Sumqayıt”), Səlim Həşimov (“Şamaxı”).
Müdafiəçilər: Emin Rüstəmov (“Karvan-Yevlax”), Elgün Dünyamalıyev (“Cəbrayıl”), Raul Məmmədov (“Səbail”), Kənan Fayziyev, Nihad Əhmədzadə, Nadir Orucov (hamısı “Sumqayıt”), Eşqin Əhmədov (“Qəbələ”), Rüfət Abbasov (“Şamaxı”).
Yarımmüdafiəçilər: Okan Təhmazlı (“Zaqatala”), Əkbər Əyyubov (“Mingəçevir”), Bilal İsmayılov, Edqar Ədilxanov, Oruc Məmmədov, Emil Süleymanov (hamısı “Şamaxı”), Nuqay Rəşidov, Şahin Şahniyarov (hər ikisi “Qəbələ”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Həsən Nəzərli (“Keçiörəngücü”, Türkiyə).
Hücumçular: Nahid Əliyev (“Şəfa”), Şahin İbrahimov (“Sabah”), Murad Məmmədov (“Neftçi”).