Bu gün təlim-məşq toplanışında U-21 millimiz ilk yoxlama oyununa çıxıb. Rəşad Eyubovun baş məşqçisi olduğu gənclər yığması paytaxtın “Səbail” klubu ilə qarşılaşıb. Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan görüş yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu ikinci hissədə Murad Ələkbərov vurub.
Bu qarşılaşma U-21-in hazırlıq planına daxil olan iki sınaq matçından birincisidir.