Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində növbəti oyununa çıxıb. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan B liqasının oyunları çərçivəsində seçməmiz Litva yığması ilə qarşılaşıb.
Gərgin keçən mübarizə qolsuz bərabərliklə (0:0) başa çatıb. Xatırladaq ki, yeniyetmələrimiz turnirin ilk matçında meydan sahibi Bolqarıstanla heç-heçə (1:1) oynamışdılar.
İki turdan sonra hesabında 2 xal olan millimiz növbəti mərhələ üçün həlledici oyununa martın 30-da çıxacaq. Komandamızın turnirdəki sonuncu rəqibi Malta yığması olacaq.