Ölkəmizin yeniyetmələrdən ibarət yığma komandası Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq inkişaf turnirində son oyununu keçirib. Turnirin son günündə komandamız 5-ci yer uğrunda qarşılaşmada Tacikistanın müvafiq yaş qrupundan olan seçməsi ilə üz-üzə gəlib və minimal hesabla uduzub – 0:1.
Xatırladaq ki, yığmamız turnirin qrup mərhələsində Rusiya (1:7) və Özbəkistan (1:3) seçmələrinə məğlub olmuş, ev sahibi Belarusa isə minimal hesabla (1:0) qalib gəlmişdi. Yeri gəlmişkən, turnirdə ev sahibi Belarus üç fərqli komanda ilə təmsil olunub (U-17, U-16 və Minski şəhrinin komandası). Millimizin yeganə qələbəsi meydan sahiblərinin əsas U-17 yığması üzərində deyil, bir yaş kiçik futbolçulardan təşkil olunmuş U-16 komandası üzərində qazanılıb.