“Portu”nun braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva peşəkar karyerasında tarixi uğura imza atıb. Təcrübəli müdafiəçi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Ştutqart” klubu ilə oyunda meydana çıxaraq, rəsmi matçlarının sayını 1000-ə çatdırıb.
“Drakonlar”ın 4:1 hesablı darmadağınla növbəti mərhələyə vəsiqə qazandığı bu görüş Silva üçün ikiqat bayrama çevrilib. Xatırladaq ki, braziliyalı ulduz Portu təmsilçisinin heyətinə qış transfer pəncərəsi zamanı qoşulub.