Türkiyə Gürcüstanı darmadağın etdi, İngiltərə mundiala vəsiqə qazandı, Ronaldo rekorda çatdı

15.10.25 | 00:30
Dünya futbolu

Türkiyə millisi öz meydanında Gürcüstanı darmadağın edərək demək olar ki, ikinci yeri təmin etdi. Lakin qrupda yerlərin rəsmiləşməsi ən azı növbəti tura qaldı. Bu oyunda gürcülərin rəqibi adını qazanmış Merih Demiral iki qol vurdu. Qrupun şəksiz lideri İspaniya Bolqarıstanı darmadağın edərək birinci sıraya bir addım da yaxınlaşdı. İspanlar qapısında bir qol görmədən 4 oyunda 4 qələbə qazanıb. Portuqaliya millisi isə həlledici görüşdə Macarıstan üzərində qələbə qazanaraq mundiala vəsiqə qazanmağa yaxın idi. Lakin Soboslayın son saniyələrdəki qolu intriqanı saxladı. Bu görüşdə Kriştiano Ronaldo iki qol vuraraq hələ də komandasının aparıcı oyunçusu olduğunu təsdiqədi. Macarıstanla oyunda fərqlənən Ronaldo daha bir rekordu qırdı. O dünya çempionatının seçmə mərhələsinin bütün zamanlarda ən məhsuldar oyunçusu oldu. O, macarların qapısına atdığı iki qolla  DÇ-yə vəsiqə qazanmaq üçün keçirilən oyunlarda vurduğu qolların sayını 41-ə çatdırdı. Əvvəlki rekordun sahibi DÇ-nin seçmə turnirində 39 qol vuran Qvatemala yığmasının forvardı Karlos Ruiz idi. Yeri gəlmişkən, 40 yaşlı Ronaldo karyerasında 947 qolu vurub.

İngiltərə də asan qələbə ilə mundiala vəsiqəni təmin etmiş oldu. İngilislər Avropa seçmələrindən DÇ-yə çıxan ilk komanda adını qazandı.

E qrupu

İspaniya – Bolqarıstan 4:0
M. Merino, 35; 57. Çernev, 69-avtoqol. Oyarsabal, 90+2.

Türkiyə – Gürcüstan 4:1
Kenan Yıldız, 14. Merih Demiral, 22; 52. Yusuf Akgün, 35 – Koçeraşvili, 55.

F qrupu

Portuqaliya – Macarıstan 2:2
Ronaldo, 22; 45+3 – Şalai, 9.
Soboslai, 90+2.

İrlandiya – Ermənistan 1:0
Ferqyuson, 70.

I qrupu

Estoniya – Moldova 1:1
Kyayt, 12 – Bodiştyanu, 64.

İtaliya – İsrail 3:0
Reteqi, 45+2 – pen; 74. Mançini, 90+3.

K qrupu

Latviya – İngiltərə 0:5
Qordon, 26. Keyn, 44; 45+4 – pen. Tonisevs, 58-avtoqol. Eze, 86.

Andorra – Serbiya 1:3
Silvian Lopes, 17 –S. Qarsia, 19-avtoqol. Vlahoviç, 54. Mitroviç, 77-pen.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11