DÇ-2026-nin seçmə mərhələsi çərçivəsində E qrupunun ilk oyununda Gürcüstan yığmasının qonağı olan Tükiyə millisi 3:0 hesabda irəli olsa da, təşəbbüsü əldən verdi. Öncə qapısında qol görən ay-ulduzlular Barışın meydana girməsindən az sonra qırmızı vərəqə alması ilə azlıqda qaldı. Böyük əziyyətlə hesabı qorumağa çalışan türkiyəlilər hakimin artırdığı 9 dəqiqəni adrinalin dolu həyəcan yaşatdı. Kvaratsxeliya fərqi minimuma endirdi, lakin gürcülərin bundan artığına vaxtı çatmadı. İlk oyunda üç xalını qazanan Türkiyə millisini üç gün sonra Konyada çətin İspaniya sınağı gözləyir.
Gürcüstan – Türkiyə 2:3
4 sentyabr, Tiflis.
Gürcüstan: Mamardaşvili, Koçoraşvili, Qoqliçidze, Tstaişvili (Qaqnidze, 46), Loxoşvili (Azarovi, 69), Mekvabişvili (Quliaşvili, 81), Davitaşvili, Kakabadze (Qoçoleişvili, 85), Kaşia, Mikautadze, Kvaratsxeliya.
Türkiyə: Uğurcan, Merih Demiral, Mert Müldür, Eren Elmalı, Abdülkerim Bardakçı, İsmayil Yüksək (Orkun Kökçü, 46), Hakan Çalxanoğlu, Kenan Yıldız (Ferdi Kadıoğlu, 79), Arda Güler (İrfancan Kahveçi, 85), Yunus Akgün (Oğuz Aydın, 66), Kerem Aktürkoğlu (Barış Alper, 66).
Qollar: Mert Müldür, 3 (0:1). Aktürkoğlu, 41 (0:2). Aktürkoğlu, 52 (0:3). Davitaşvili, 60 (1:3). Kvaratsxeliya, 90+8 (2:3).