Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59
Dünya futbolu

Avropa zonasında DÇ-2026-nın seçmə mərhələsinə yekun vuruldu. Pley-off mərhələsinin gərgin keçən final qarşılaşmalarından sonra “Köhnə dünya”nı mundialda təmsil edəcək son vəsiqələrin sahibləri müəyyənləşdi. Həlledici oyunlarda rəqiblərinə qalib gələn Türkiyə, Bosniya və Herseqovina, Çexiya və İsveç Amerika qitəsində keçiriləcək dünya çempionatına yollanmaq hüququ qazandılar.

Türkiyədən tarixi zəfər: 24 illik həsrətin sonu

Türkiyə millisi səfərdə Kosovonu minimal hesabla məğlub edərək, 24 illik dünya çempionatı həsrətinə son qoydu. Priştinadakı “Fadil Vokri” stadionunda baş tutan qarşılaşma hər iki komanda üçün tarixi əhəmiyyət kəsb edirdi. FIFA reytinqində 79-cu pillədə qərarlaşan Kosovo üçün mundial xəyal olsa da, qarşılarında reytinqin 25-ci pilləsində yer alan təcrübəli Türkiyə var idi.

Gərgin keçən ilk hissədən sonra meydanda üstünlüyü ələ alan “Ay-ulduzlular” 53-cü dəqiqədə hesabı açdılar. Kənan Yıldızın sol cinahdan ötürməsindən sonra Orkun Kökçü topu uzaq dirəyə yönəltdi. Orada pusquda duran Kerem Aktürkoğlu dəqiq toxunuşla qonaqları önə keçirdi – 0:1.

Oyunun son dəqiqələri Kosovonun güclü təzyiqi ilə yadda qaldı. Musliyanın uzaqdan zərbəsi hədəfdən bir qədər yayansa da, final fitinə saniyələr qalmış Asllaninin təxminən 18 metrdən vurduğu zərbə Türkiyə üçün ciddi təhlükə yaratdı. Lakin qapıçı Uğurcan Çakır möhtəşəm seyvlə hesabı qorumağı bacardı və Türkiyəni mundiala daşıdı.

D qrupu: ABŞ, Paraqvay, Türkiyə və Avstraliya.

Çexiya penaltilərlə güldü, Meksika açılış matçına hazırlaşır

Danimarka və Çexiya arasındakı duel də gərginliyi ilə seçildi. Həm əsas, həm də əlavə vaxtda tərəflər hərəyə iki dəfə fərqlənsələr də (2:2), penaltilər seriyasında çexlər daha soyuqqanlı davranaraq vəsiqəni təmin etdilər. Bununla da turnirin açılış matçının keçiriləcəyi A qrupu tamamlandı.

A qrupu: Meksika, CAR, Cənubi Koreya, Çexiya.

İsveç dramatik oyunda qələbəni qopardı

Polşa ilə qarşılaşan İsveç yığması azarkeşlərə əsl qol şousu bəxş etdi. Beş qolun vurulduğu dramatik mübarizədə skandinaviyalılar 3:2 hesablı qələbəyə sevindilər. Qələbə topunun müəllifi “Arsenal”ın ulduz hücumçusu Viktor Dyökereş oldu. Bu nəticə ilə F qrupunun tam heyəti müəyyənləşdi.

qrupu: Niderland, Yaponiya, İsveç, Tunis.

İtaliya: 16 illik həsrət davam edir

Günün ən böyük şoku Zenitsa şəhərində yaşandı. Bosniya və Herseqovina doğma meydanda dünya futbolunun idman nəhənglərindən olan İtaliyanı qəbul etdi. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olundu. “Lotereya”da daha dəqiq oynayan bosniyalılar İtaliyanı turnirdən kənarlaşdıraraq qrup mərhələsinə adladılar.

Beləliklə, “Skuadra Adzurra” ardıcıl üçüncü dünya çempionatını (2018, 2022, 2026) buraxmalı olacaq. 2006-cı ilin dünya çempionu üçün qara zolaq davam edir: italyanlar sonuncu dəfə 2014-cü ildə mundialın qrup mərhələsində çıxış ediblər.

qrupu: Kanada, Bosniya və Herseqovina, Qətər, İsveçrə.

Kosovo – Türkiyə 0:1

Aktürkoğlu, 53

İsveç – Polşa 3:2

Elanqa, 20. Lagerbilke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Çexiya – Danimarka 2:2 penalti – 3:1

Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Höq, 112

Bosniya və Herseqovina – İtaliya 1:1 penalti – 4:1

Tabakoviç, 79 – Kin, 15

Paylaş:

Xəbər Lenti

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38