Tsxadadze: “Məğlub ola bilərsən, amma döyüşmədən uduzmaq faciədir”

11.03.26 | 07:36
Ölkə futbolu

Premyer Liqanın 23-cü turu “Qəbələ” üçün unudulmaz və ağrılı bir gecə ilə yadda qaldı. Doğma meydanda “Sabah”a 1:7 hesabı ilə darmadağın olan “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze, oyundan sonra keçirilən mətbuat konfransında həm nəticəni, həm də komandasının çıxışını kəskin tənqid edib.

Təcrübəli mütəxəssis baş verənləri “fəlakət” adlandıraraq, oyunçuların matça psixoloji və fiziki hazırlığını şübhə altına alıb: “Baş verənləri ancaq fəlakət adlandırmaq olar. Bu oyunu dərindən analiz etməliyik. Bir şeyi dəqiq deyə bilərəm ki, futbolçuların çoxu matça hazır deyildi. Çox sadə qollar buraxdıq və bundan sonra komanda tamamilə dağıldı. “Sabah” kimi rəqibə bu qədər boş zona vermək bağışlanmaz idi, onlar da bundan məharətlə istifadə etdilər”.

Mətbuat konfransında jurnalistlərin ən çox maraqlandığı məqamlardan biri Tsxadadzenin şəxsi karyerasında belə bir hesabın olub-olmaması idi. Baş məşqçi bunun onun üçün bir ilk olduğunu etiraf edib: “Karyeram ərzində heç vaxt komandamın 7 qol buraxdığını görməmişdim. Bu, ağır mənzərədir. Oyun uduzmaq olar, amma döyüşmədən məğlub olmaq ən böyük faciədir. Kubok oyununda azlıqda qalmağımıza baxmayaraq ‘Sabah’a 3 qol vurmuşduq. Bu gün isə həmin xarakteri görmədik. Gənc oyunçular anlamalıdır ki, həyat mübarizədir”.

Rəqiblə aradakı büdcə fərqi ilə bağlı suala toxunan Tsxadadze, meydanda can qoymağın maaşla ölçülmədiyini bildirib. O, uğursuzluğun səbəbini maddi məsələlərdə deyil, futbolçuların yanaşmasında gördüyünü qeyd edib: “Nə qədər qazanırsan qazan, meydana çıxırsansa, sona qədər vuruşmalısan. Biz bu gün “böyük futbol” deyil, “bəxtsiz və istəksiz” bir oyun gördük”.

Məşqçi sonda vurğulayıb ki, yaranmış vəziyyətdən çıxmaq üçün günahkarı kənarda deyil, ilk növbədə özlərində axtarmalıdırlar.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45