Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01
Ölkə futbolu

Premyer Liqanın 26-cı turunda səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gələn “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis həm komandanın çıxışını dəyərləndirib, həm də son vaxtlar barəsində gəzən istefa xəbərlərinə aydınlıq gətirib.

Tsxadadze ilk növbədə oyunçularının əzmkarlığını xüsusi qeyd edərək, qələbənin psixoloji tərəflərinə toxunub: “Futbolçularıma təşəkkür edirəm. Bu gün çox çalışdılar, yaxşı oyun nümayiş etdirərək uğurlu nəticə qazandılar. İlk dəqiqələrdən hiss olunurdu ki, komanda üzərində müəyyən gərginlik var. Birinci hissədə rəqibə hücum qurmaq şansı vermədik, fasilədən sonra isə onlar daha aktiv oldular. Mən uşaqlara dedim ki, siz daha yaxşı oynaya bilərsiniz, sadəcə özünüzə inanmalısınız. Hazırda hər oyun bizim üçün finala bərabərdir. Əsas məsələ güclü xarakter nümayiş etdirməkdir. Son uğursuzluqlara baxmayaraq, azarkeşlərin yanımızda olması bizə əlavə güc verir”.

Mətbuat konfransında ən diqqətçəkən məqam isə gürcü mütəxəssisin son vaxtlar mətbuatda yayılan əvəzlənmə xəbərləri və azarkeşlərin etirazları ilə bağlı verdiyi açıqlama olub. Tsxadadze bu çətin dövrü peşəkar şəkildə qarşıladığını bildirib: “Dünyanın hər yerində qayda belədir: komanda uduzursa, günahkar məşqçidir. Bu, bizim işimizin bir parçasıdır. Azarkeşləri anlayıram, onlar nəticə tələb edirlər. Onlarla görüşümüz oldu və mən xahiş etdim ki, bu cür təzyiqləri azaltsınlar. Çünki məşqçinin gedib-qalması ilə bağlı xəbərlər daxili atmosferə mənfi təsir edir, futbolçuların konsentrasiyasını pozur”.

Məşqçi həmçinin klub daxilindəki birliyin bu qələbədə böyük rol oynadığını vurğulayıb: Mənim taleyimə rəhbərlik qərar verirRəhbərlikdə futboldan anlayan, təcrübəli insanlar var. Dünən çox mühüm bir hadisə yaşandı – klubun direktoru Səbuhi Səfiyarlı həm mənimlə, həm də futbolçularla görüşdü. Bu görüş komandaya çox müsbət təsir etdi. Futbolçular bir daha gördülər ki, biz vahid bir komandayıq. Bu dəstək bu gün meydandakı nəticədə öz sözünü dedi”.

Paylaş:

Xəbər Lenti

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47