“talkSPORT-un məlumatına görə, “Real”ın maraq dairəsində iki yarımmüdafiəçi var: “Mançester Siti”dən Rodri və “Nyukasl”dan Sandro Tonali.
Tonalinin “sağsağanlar”la müqaviləsi 2028-ci ildə başa çatsa da, onun klubdan ayrılacağı ilə bağlı xəbərlər intensivləşib. Keçən ay yayılan məlumatlarda 25 yaşlı futbolçunun vətəni İtaliyaya qayıtmaq istədiyi bildirilirdi.
“Nyukasl” Tonalini 80-100 milyon funt-sterlinq dəyərində qiymətləndirir. Bundan əvvəl italyan futbolçu ilə “Arsenal”, “Yuventus” və “Mançester Yunayted”in də maraqlandığı barədə xəbərlər çıxmışdı.
Sandro bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.