Bu axşam UEFA Avropa Liqasında pley-off mərhələsinin həyəcanı başlayır. Qitənin iddialı klubları 1/8 finala gedən yolda ilk sınaqlarına çıxırlar. Bütün diqqətlər isə xüsusilə İstanbulun Kadıköy səmtinə — “Fənərbaxça” və İngiltərənin köklü klubu “Nottingem Forest” arasındakı duellə yönələcək.
Matç öncəsi “sarı-lacivərdlilər”in baş məşqçisi Domeniko Tedesko həm taktiki analizləri, həm də mətbuat konfransına damğa vuran hazırcavablığı ilə gündəm olub.
Italyan mütəxəssis rəqibin yeni baş məşqçisi ilə oyuna çıxmasının yaratdığı çətinliklərə toxunsa da, komandasının tam hazır olduğunu vurğulayıb. Tedesko rəqibi necə analiz etdiklərini bu cümlələrlə izah edib: “Rəqibi analiz etmək asan deyil, çünki bu yaxınlarda məşqçi dəyişikliyi ediblər. Lakin bir həqiqət var: Sistem dəyişə bilər, amma oyunçular eyni qalır. Son iki gündə biz daha çox rəqib futbolçuların fərdi çıxışlarına və onların dəyişməz oyun şablonlarına (vərdişlərinə) köklənmişik. Taktikamız bu fərdi detallar üzərində qurulub”.
Mətbuat konfransının ən yaddaqalan anı isə səfər qrafiki ilə bağlı sual zamanı yaşanıb. Jurnalistin “Ard-arda 3 səfər oyununa çıxacaqsınız və ümumilikdə 19.230 kilometr yol qət edəcəksiniz. Bu gərgin qrafikdə rotasiya edəcəksinizmi?” sualına Tedesko soyuqqanlı və yumoristik cavab verib: “Nəticədə biz ora maşınla getməyəcəyik. Şükür ki, belə məsafələr üçün təyyarələr var”.
21:45 Fənərbaxça (Türkiyə) – Nottingem Forest (İngiltərə) CBC Sport, TRT 1
21:45 PAOK (Yunanıstan) – Selta (İspaniya)
21:45 Brann (Norveç) – Bolonya (İtaliya)
21:45 Dinamo Z (Xorvatiya) – Genk (Belçika)
00:00 Seltik (Şotlandiya) – Ştutqart (Almaniya)
00:00 Lill (Fransa) – Srvena Zvezda (Serbiya)
00:00 Panatinaikos (Yunanıstan) – Viktoriya P (Çexiya)
00:00 Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan)