Tedeskodan gözlənilməz cavab: “Maşınla getmirik, təyyarə var!”

19.02.26 | 07:26
Dünya futbolu

Bu axşam UEFA Avropa Liqasında pley-off mərhələsinin həyəcanı başlayır. Qitənin iddialı klubları 1/8 finala gedən yolda ilk sınaqlarına çıxırlar. Bütün diqqətlər isə xüsusilə İstanbulun Kadıköy səmtinə — “Fənərbaxça” və İngiltərənin köklü klubu “Nottingem Forest” arasındakı duellə yönələcək.

Matç öncəsi “sarı-lacivərdlilər”in baş məşqçisi Domeniko Tedesko həm taktiki analizləri, həm də mətbuat konfransına damğa vuran hazırcavablığı ilə gündəm olub.

Italyan mütəxəssis rəqibin yeni baş məşqçisi ilə oyuna çıxmasının yaratdığı çətinliklərə toxunsa da, komandasının tam hazır olduğunu vurğulayıb. Tedesko rəqibi necə analiz etdiklərini bu cümlələrlə izah edib: “Rəqibi analiz etmək asan deyil, çünki bu yaxınlarda məşqçi dəyişikliyi ediblər. Lakin bir həqiqət var: Sistem dəyişə bilər, amma oyunçular eyni qalır. Son iki gündə biz daha çox rəqib futbolçuların fərdi çıxışlarına və onların dəyişməz oyun şablonlarına (vərdişlərinə) köklənmişik. Taktikamız bu fərdi detallar üzərində qurulub”.

Mətbuat konfransının ən yaddaqalan anı isə səfər qrafiki ilə bağlı sual zamanı yaşanıb. Jurnalistin “Ard-arda 3 səfər oyununa çıxacaqsınız və ümumilikdə 19.230 kilometr yol qət edəcəksiniz. Bu gərgin qrafikdə rotasiya edəcəksinizmi?” sualına Tedesko soyuqqanlı və yumoristik cavab verib: “Nəticədə biz ora maşınla getməyəcəyik. Şükür ki, belə məsafələr üçün təyyarələr var”.

21:45 Fənərbaxça (Türkiyə) – Nottingem Forest (İngiltərə) CBC Sport, TRT 1

21:45 PAOK (Yunanıstan) – Selta (İspaniya)

21:45 Brann (Norveç) – Bolonya (İtaliya)

21:45 Dinamo Z (Xorvatiya) – Genk (Belçika)  

00:00 Seltik (Şotlandiya) – Ştutqart (Almaniya)

00:00 Lill (Fransa) – Srvena Zvezda (Serbiya)

00:00 Panatinaikos (Yunanıstan) – Viktoriya P (Çexiya)

00:00 Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan)

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09