Tbilisidə “Böyük Dəbilqə”: Turan Bayramov finalda

20.03.26 | 18:27
Digər növlər

Gürcüstanın paytaxtında start götürən dünya cüdosunun ən önəmli turnirlərindən biri olan “Böyük Dəbilqə”də Azərbaycan millisi ilk gündən öz sözünü deyib. Yarışın açılış günündə tatamiyə çıxan təmsilçilərimiz gərgin mübarizəyə qoşulublar. Günün əsas qəhrəmanı, rəqiblərinə şans tanımayan Turan Bayramov finala vəsiqə qazanmaqla turnirə inamlı başlanğıc edib.

Günün əsas hadisəsi 66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramovun nümayiş etdirdiyi yüksək texnika və iradə oldu. Turnirə sürətli start verən cüdoçumuz ardıcıl qələbələrlə rəqiblərini mübarizədən kənarlaşdırd. Bayramov ilk olaraq fransalı Kilian Noeli, ardınca rusiyalı Abrek Naquçevi məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə almaniyalı Lenni Linus Bürkü, 1/4 finalda isə finlandiyalı Luukas Sahunu üstələyərək yarımfinala adlayıb. Yarımfinalda meydan sahibi Tornike Qiqaunini (Gürcüstan) öz azarkeşləri önündə məğlubiyyətə uğradan Turan, adını turnirin finalına yazdırıb.

Digər cüdoçularımız üçün yarışın startı fərqli nəticələrlə yadda qalıb. Rəşad Yelkiyev (66 kq) ilk görüşündə niderlandlı Yoxem van Harteni məğlub etsə də, 1/8 finalda qazaxıstanlı Nurkanat Serikbayevlə bacarmayaraq turniri başa vurub.

Turnirə inamlı başlayan Könül Əliyeva (48 kq), ardıcıl olaraq Mişeel Altanşaqal (Monqolustan) və Mari De Varqas Leyə (Çili) qalib gəlib. Lakin 1/4 finalda türkiyəli Tuğçe Bedere, təsəlliverici görüşdə isə rusiyalı Marina Vorobyovaya uduzaraq çıxışını medalsız yekunlaşdırıb.

Leyla Əliyeva (52 kq) startda israilli Qefen Primoya uduzaraq mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Azərbaycan turnirdə ümumilikdə 11 idmançı ilə təmsil olunur.

Paylaş:

Xəbər Lenti

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45

AFFA-da məcburi fasilə: Aşağı yaş qrupları üzrə bütün liqalar təxirə salındı

28.03.26 | 23:27