“Qarabağ”ın prezidenti Tahir Gözəl, komandanın Çempionlar Liqasının pley-off mərhələsindəki çıxışı ilə əlaqədar yaranan sıx qrafiki nəzərə alaraq, Premyer Liqanın 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun təxirə salınma ehtimalını şərh edib: “Çox sıx oyun qrafikimiz var. Bu məsələ ilə bağlı ‘Neftçi’ klubu ilə mütəmadi təmasdayıq. İmkan varsa, oyunun təxirə salınmasını xahiş edirik. Lakin yekun qərar onlara məxsusdur. Verəcəkləri hər bir qərara hörmətlə yanaşacağıq”.