Sərbəst güləşçilərimizdən 5 medal

11.03.26 | 07:42
Digər növlər

Serbiyanın Zrenjanin şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı yığmamız üçün uğurlu davam edir. Çempionatın ikinci günündə xalçaya çıxan sərbəst güləşçilərimiz 2 gümüş və 3 bürünc medala qazanıblar.

Günün həlledici qarşılaşmalarında Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) rəqiblərinə məğlub olaraq gümüş medalla kifayətləniblər.

Bürünc medal uğrunda mübarizədə isə idmançılarımız maksimum nəticə göstəriblər:

Musa Ağayev (65 kq), Zəfər Əliyev (97 kq) və təsəlli qrupundan uğurla keçən Ramik Heybətov (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Yarışın gündüz proqramında mübarizəyə qoşulan digər beş güləşçimizdən üçü adını finala yazdıraraq çempionluq şansını qoruyub. Ceyhun Allahverdiyev (61 kq), Əli Çokayev (92 kq) və Yusif Dursunov (125 kq) rəqiblərini məğlub edərək həlledici mərhələyə yüksəliblər.

Digər təmsilçilərimiz Ağanəzər Novruzov (74 kq) və Vasif Xudiyev (86 kq) isə sabah bürünc medal uğrunda mübarizə aparacaqlar.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45