Ötən turda “Turan Tovuz”a uduzaraq ön sıralardan geri qalan “Sumqayıt” autsayderlə oyunda reabilitasiya olmaq imkanı əldə etmişdi. İlk yarı sumqayıtlıların üstün olduğunu təsdiqlədi. Yankoviç qapıçı ilə üz-üzə qalaraq hesabı açdı. Fasiləyə qədər qonaqlar daha bir qol vurdu və qələbə üçün ciddi addım atdı. İkinci hissədə oyun sabit keçdi və hesab dəyişmədi. “Sumqayıt” istədiyi nəticəni qazandı.
Premyer Liqa, 18-ci tur
“Karvan Yevlax” – “Sumqayıt” 0:2
Qol: Aleksa Yankoviç, 20 (0:1). Ronaldo Vaskez (0:2).