Süleymanlı “Şahmatın Vimbldonunda” zirvə uğrunda: Növbəti rəqib dünya çempionudur

18.01.26 | 18:53
Digər növlər

Niderlandın Veyk-an-Zee şəhərində dünyanın ən qədim və nüfuzlu şahmat festivallarından biri sayılan “Tata Steel Chess” davam edir. Şahmat dünyasının “Uimbldonu” adlandırılan bu mötəbər yarışın “Challengers” turnirində Azərbaycanı istedadlı qrossmeyster Aydın Süleymanlı təmsil edir.

14 şahmatçının mübarizə apardığı “Challengers” qrupu gənc zəkalar üçün böyük perspektivlər vəd edir. Belə ki, dairəvi sistem üzrə keçirilən 13 turun yekununda qalib gələn iştirakçı, növbəti il dünyanın ən güclü qrossmeysterlərinin çıxış etdiyi “Masters” qrupuna birbaşa vəsiqə qazanacaq.

A.Süleymanlı turnirə inamlı start verərək ilk turda niderlandlı təcrübəli şahmatçı Ervin L’Ami üzərində qələbə qazanıb. Bu gün keçiriləcək ikinci turda isə təmsilçimizi ciddi sınaq gözləyir. O, qadınlar arasında blits üzrə üçqat dünya çempionu, qazaxıstanlı Bibisara Asaubayeva ilə qarşılaşacaq.

Turnirin iştirakçı siyahısı kifayət qədər rəngarəngdir. Aydın və Bibisara ilə yanaşı, şahmat dünyasının canlı əfsanəsi, ukraynalı Vasili İvançuk da qələbə uğrunda mübarizə aparanlar sırasındadır. Gənc qrossmeysterimiz üçün bu cür təcrübəli rəqiblərlə bir turnirdə yarışmaq həm reytinq xalları, həm də böyük təcrübə baxımından önəmlidir.

Xatırladaq ki, 2019-cu ildə 14 yaşında dünya çempionu (U-14) titulunu qazanmış A.Süleymanlının mübarizə apardığı bu turnir fevralın 1-də başa çatacaq.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01