Şotlandiya dramatik, Uels böyükhesablı qələbə qazandı

19.11.25 | 08:50
Dünya futbolu

Avropa zonasında DÇ-2026-nın seçmə mərhələ başa çatdı. H qrupunun Avstriya öz meydanında arzulanan heç-heçəni edərək  Bosniya və Herseqovina ilə 3 xal fərqini saxladı və Dünya Çempionatına birbaşa vəsiqə qazandı. J qrupunda Uels – Şim. Makedoniya qarşılaşması da, tərəflər üçün böyük əhəmiyyət kəsb edirdi. İkinci pillədə olan britaniyalıların Şimali Makedoniya ilə xalları eyni idi. Uelslilər qrup ikincisi olmaq üçün mütləq qələbə qazanmalı idi. Lakin burada intrqia alınmadı. Uels rəqibini alçaldıcı hesabla darmadağın etdi. Gecənin ən dramatik oyunu isə Qlazqoda baş tutdu. İkinci sırada olan Şotlandiya öz meydanında mütləq qələbə qazanmalı idi. Əsas vaxt 2:2 başa çatmaq üzrə olarkən şotlandlar son dəqiqələrdə iki qol vuraraq qələbə qazandılar. Türkiyə millisi də ilk oyunda İspaniyaya biabırçı məğlubiyyətdən sonra səfərdə qollu bərabərliklə nisbətən reabilitasiya oldu. Doğrudur, bu oyunda ispanlar üçün iddia yox idi.

B qrupu

İsveç – Sloveniya 1:1
Lundqren, 87 – Elşnik, 64.
Kosovo – İsveçrə 1:1
Musliya, 74 – Varqas, 47.

C qrupu

Belarus – Yunanıstan 0:0
Şotlandiya – Danimarka 4:2
Maktominey, 3. Şenklend, 78. Tirni, 90+3. Maklin, 90+8 – Heylunn, 57-p. Dorqu, 82.

E qrupu

Bolqarıstan – Gürcüstan 2:1
Rusyev, 10. F. Karstev, 24 – Loçoşvili, 88.
İspaniya – Türkiyə 2:2
Dani Olmo, 4. Oyarsabal, 62. Gül, 42. Özcan, 54.

H qrupu

Avstriya – Bosniya və Her. 1:1
Qreqoriç, 44 – Tabakoviç, 12.
Rumıniya – San Marino 7:1
Rossi, 13-avtoqol. Bayyaram, 29. Man, 42. Valentini, 57-avtoqol. Haci, 76. Ratsyu, 61. Muntyanu, 86-p. – Cakopetti, 2.

J qrupu

Belçika – Lixtenşteyn 7:0
Vanaken, 3. Doku, 34; 41. Mehele, 52. Salamakers, 55. De Ketelare, 57; 59.
Uels – Şim. Makedoniya 7:1
Uilson, 18-p.; 75; 81-p. Bruks, 21. Conson, 37. Den. Ceyms, 57. Broudhed, 88 – Miovski, 23.




Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09