Selcandan Dünya Kubokunda rekord nəticə

22.02.26 | 17:57
Digər növlər

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisi növbəti uğuruna imza atıb. Komandamızın lider üzvü Selcan Mahsudova fərdi mübarizədə gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib.

Milli gimnastımız final mərhələsində hakimlərdən 56.440 xal alaraq ikinci yeri tutub. Bu nəticə Selcan üçün sadəcə medal deyil, həm də yeni bir zirvə deməkdir. İdmançı çıxışından sonra təəssüratlarını belə bölüşüb: “Bu yarışda öz şəxsi rekordumu yenilədim. Belə uğurlar gələcək turnirlər üçün böyük motivasiya mənbəyidir. İnanıram ki, Niderlandda keçiriləcək növbəti Dünya Kubokunda daha yaxşı nəticə göstərəcəyəm”.

Selcan qardaşı Maqsud Mahsudovun beşinci yerlə kifayətlənməsinə də toxunub. O, qardaşının potensialının yüksək olduğunu vurğulayıb: “Maqsudun gücü hər kəsə bəllidir, ondan medal gözləyirdik. Təəssüf ki, bu dəfə bəxti gətirmədi. Amma ruhdan düşmürük, qarşıda hələ sinxron proqramda çıxışımız var”.

Qeyd edək ki, 6 ölkədən 66 gimnastın qüvvəsini sınadığı mötəbər turnirə bu gün yekun vurulacaq. Azərbaycan gimnastları həm fərdi, həm də sinxron proqramlarda ölkəmizi təmsil etməkdə davam edirlər.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09