“The Telegraph” qəzetinin yazdığına görə, tarixin yaddaşına köçmək ərəfəsində olan əfsanəvi ingilis klubu “Şeffild Uensdey”i “Nyukasl”ın keçmiş sahibi Mayk Eşli xilas edə bilər. Artıq “bayquşlar” iflas proseduruna başlayıblar və bu səbədən hazırda Çempionşipdə çıxış edən komandanın hesabından 12 xal silinib. Buna baxmayaraq, klub tərəfdarları hələ də ümidlərini itirməyib və kiminsə klubu satın almaqla xilas edəcəyinə inanırlar. Mayk Eşli “Şeffild Uensdey”i iflasdan qurtarmaq üçün 20 milyon funt sterlinq ödəməyə hazırdır. Digər variant isə “Şeffild Yunayted”in birləşmək təklifi olub. Ancaq “bayquşlar” əzəli rəqiblərinin istəyini dərhal rədd ediblər.
Qeyd edək ki, 1867-ci ildə yaranan “Şeffild Uensdey” İngiltərənin ən yaşlı beş klubundan biridir. Hətta “bayquşlar” XX əsrin əvvəllərində dörd dəfə ölkə çempionu olub.