Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Sabah”la qarşılaşmadan (1:3) sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis ilk növbədə rəqibi qələbə münasibətilə təbrik edərək, oyunun çətin keçdiyini vurğulayıb: “Qələbə münasibətilə “Sabah”ı təbrik edirəm. Onlar çempionluq uğrunda mübarizə aparırlar və hazırda bizdən daha güclüdürlər. Bunu açıq şəkildə etiraf etməliyik”.
Baş məşqçi müdafiə xəttində yol verilən kobud səhvlərə və gənc müdafiəçi Vüsal Paşayevin çıxışına da toxunub. İliç gənc futbolçunun səhvlərini təcrübəsizliklə əlaqələndirib:”Vüsal Paşayev gənc futbolçudur və bu yaşda belə səhvlərin olması qaçılmazdır. Hesab edirəm ki, bu gün sadəcə onun təcrübsi çatmadı. Lakin unutmaq olmaz ki, futbolçular, xüsusən də müdafiə xəttində çıxış edənlər hər bir epizodda maksimum məsuliyyətli davranmalıdırlar”.