UEFA Konfrans Liqasında həyəcan cavab oyunları ilə davam edir. Türkiyə təmsilçisi “Samsunspor” bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya 79” komandası ilə həlledici matça çıxacaq. İlk oyunda qazandığı 1:0 hesablı üstünlüyü qorumağa çalışan Qara dəniz təmsilçisinin rəsmiləri gələcək hədəflərlə bağlı olduqca iddialıdırlar.
“Samsunspor”un mətbuat katibi Suat Çakır mətbuata verdiyi açıqlamada komandanın “Şkendiya” səddini aşaraq adını ən yaxşı 16 komanda arasına yazdıracağına tam inandığını vurğulayıb. O, hədəflərinin sadəcə bu turu keçmək deyil, turnirdə daha irəli getmək olduğunu bildirib:
“Bu mərhələni keçəcəyimiz təqdirdə İspaniyanın “Rayo Valyekano” və ya Ukraynanın “Şaxtyor” klublarından biri rəqibimiz olacaq. Əsas məqsədimiz dörddəbir finalda oynamaqdır”.
Çakır həmçinin azarkeşlərə şad xəbər verərək, zədəli futbolçuların yaşıl meydanlara dönəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu turdan sonra Emre Kılınç, Tanguy Coulibaly və Afonso Sousa yenidən komandaya qoşulacaq və onların qayıdışı “Samsunspor”a böyük güc qatacaq.
Bu gecə Konfrans Liqasında “Samsunspor”un matçı ilə yanaşı, bir sıra digər maraqlı qarşılaşmalar da baş tutacaq.
21:45 Riyeka (Xorvatiya) – Omoniya (Kipr) ilk oyun – 1:0
21:45 Samsunspor (Türkiyə) – Şkendiya 79 (Şim. Makedoniya) oyun – 1:0 CBC Sport, TRT 1
21:45 Forentina (İtaliya) – Yaqеlloniya (Çexiya) oyun – 3:0
21:45 Çele (Sloveniya) – Drita (Kosovo) ilk oyun – 3:2
00:00 Kristal Pelas – Zrinski Mostar (Bosniya və Hersoqovinya) ilk oyun – 1:1
00:00 Lex (Polşa) – KuPS (Finlandiya) ilk oyun – 2:0
00:00 Lozanna (İsveçrə) – Оlоmоuts (Çexiya) ilk oyun – 1:1
00:00 Alkmaar (Hollandiya) – Noa (Ermənistan) oyun – 0:1