Bu gecə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. Futbol azarkeşlərinin diqqət mərkəzində olan əsas qarşılaşmalardan biri Türkiyə təmsilçisi “Samsunspor”un İspaniyanın “Rayo Valekano” klubunu qəbul edəcəyi matçdır.
Doğma azarkeşləri önündə üstünlük qazanmağa çalışan “Samsunspor” matça optimal heyətlə çıxa bilməyəcək. UEFA siyahısına daxil edilməyən Elayis Tavsan və Yalçın Kayan statuslarına görə “Rayo Valekano”ya qarşı forma geyinmək hüququndan məhrumdurlar. Bundan əlavə, zədələri davam edən Jaures Assoumou və Bedirhan Çetin də komandalarına kömək edə bilməyəcəklər.
Zədə səbəbindən təxminən 3 aydır yaşıl meydanlardan uzaq qalan Emre Kılınç, Tanguy Coulibaly və Afonso Sousanın sağalaraq məşqlərə başlaması isə komandada ümidləri artırıb. Futbolçuların tam matç yükünü qaldıra bilməmə riski olduğundan, Torsten Fink onların heyətdəki taleyinə oyun saatında aydınlıq gətirəcək.
Konfrans Liqasının bu mərhələsi digər maraqlı matçlarla da zəngindir. Gecənin diqqətçəkən digər qarşılaşması Polşada baş tutacaq. Yerli “Lex” komandası Ukraynanın “Şaxtyor” klubunu sınağa çəkəcək. Baş məşqçi Arda Turanın rəhbərlik etdiyi Donetsk təmsilçisi ilk qarşılaşmada sərfəli nəticə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə etməyə çalışacaq.Turnirin favoritlərindən sayılan top-liqa təmsilçiləri də bu gecə meydana çıxacaqlar. İngiltərənin “Kristal Pelas” klubu Kipr təmsilçisi “AEK”i, ötən mövsümlərdə bu turnirdə uğurlu çıxışları ilə yadda qalan İtaliyanın “Fiorentina” klubu isə Polşanın “Rakov” komandasını qəbul edəcək.
Konferrnsiya Liqası, 1/8 final (ilk oyunlar)
21:45 Samsunspor (Türkiyə) – Rayo Valekano (İspaniya) CBC Sport, TRT 1
21:45 Alkmaar (Niderland) – Sparta (Çexiya)
21:45 Lex (Polşa) – Şaxtyor (Ukrayna)
21:45 Riyeka (Xorvatiya) – Strasbur (Fransa)
00:00 Kristal Pelas (İngiltərə) – AEK Larnaka (Kipr)
00:00 Olomouts (Çexiya) – Maynts (Almaniya)
00:00 Fiorentina (İtaliya) – Rakov (Polşa)
00:00 Çele (Sloveniya) – AEK (Yunanıstan)