Samokun “quru seriya”sı qırıldı

16.03.26 | 14:30
Ölkə futbolu

Premyer Liqada mövsümün ən böyük intriqalarından birinə Gəncədə son qoyuldu. ‘Turan Tovuz’un qapısında ‘keçilməz sədd’ quran Sergey Samokun aylardır davam edən möhtəşəm seriyası XXIV turda qırıldı. Rusiyalı qolkiper nəinki cari mövsümdə ilk qolunu buraxdı, həm də adını ölkə çempionatlarının tarixinə yazıb.

Matçın 55-ci dəqiqəsində Rəhman Hacıyevin vurduğu qol Samokun uzun müddətdir toxunulmaz qalan qapısının “sehrini” pozub. Samok bundan əvvəl ötən çempionatın son 2 turunda və cari mövsümün startından etibarən ardıcıl 6 oyunda qapısını qolsuz saxlamağı bacarmışdı.

Onun sonuncu dəfə nə vaxt qol buraxdığını xatırlamaq üçün təxminən 10 ay geriyə boylanmaq lazımdır: 2024/25 mövsümünün XXXIV turunda, ötən il mayın 10-da “Neftçi” ilə keçirilən ev oyununun (1:2) 32-ci dəqiqəsində Dembo Darbo onun qapısına yol tapmışdı.

Hacıyevin qoluna qədər Sergey Samok tam 812 dəqiqə qapısını toxunulmaz saxlayıb. Bu göstərici ilə o, Azərbaycan çempionatlarının yüksək dəstə tarixində 800 dəqiqəlik həddi aşan 9-cu qapıçı kimi adını tarixə yazdırıb.

Azərbaycan çempionatları tarixində ən uzunmüddətli “quru seriya” müəlliflərinin siyahısı aşağıdakı kimidir:

  Qolkiper               Klub            Dəqiqə

Nizami Sadıqov          “Turan”         1106

Xalidu Sissoko          “Bakı”          985

Xalidu Sissoko          “Bakı”          971

Camaləddin Əliyev       “Qarabağ”       958

Pavel Doroşev           “Qəbələ”        952

Elxan Həsənov           “Neftçi”        943

Dmitri Bezotosnı        “Qəbələ”        915

Boyan Pavloviç          “Qarabağ”       828

Sergey Samok           “Turan-Tovuz”    812

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45