Əlverişsiz hava şəraiti səbəbindən matçın start fiti nəzərdə tutulandan 25 dəqiqə gec səslənsə də, bu, meydandakı gərginliyə təsir etmədi. Qarlı Şamaxı stadioununda “Qarabağ” meydan sahiblərinin ciddi müqavimətinə rast gəldi. Hətta hesabı da “Şamaxı” açdı. Doğrudur, qonaqlar cəmi 4 dəqiqə sonra hesabı bərabərləşdirdilər. İlk yarıda qonaqlar hesabı xeyirlərinə dəyişməyə çox yaxın oldular. Andradenin sağ cinah ötürməsindən sonra əvvəlcə Kamila Duran topa toxuna bilmədi, ardınca isə Zubirin zərbəsi dirəkdən döndü. Qarşılıqlı hücumlarla davam edən ilk hissədə tərəflər başqa real qol vəziyyəti yarada bilməyincə, fasiləyə heç-heçə ilə yollandılar.
İkinci hissədə “Qarabağ” təzyiqi daha da artırdı. Şamaxılılar isə qüvvələrini əsasən müdafiəyə yönəldərək, şanslarını əks-hücumlarda axtarmağa başlayıblar. Matçın sonuna əlavə olunmuş vaxtda səhnəyə çıxan Kamillo Duran rəqib müdafiəsinin səhvindən faydalanaraq komandasına dramatik qələbə qazandırdı.
“Şamaxı” – “Qarabağ” 1:2
Qollar: Oruc Məmmədov, 15 (1:0), Coni Montiel, 18 (1:1), Kamillo Duran, 90+4 (1:2)
Baş hakim: Kamal Umudlu.
“Şamaxı”: Rikardu Fernandeş, Arsen Ağcabəyov (k), Abdulla Rzayev, Oruc Məmmədov (Bilal İsmayılov, 90+1), Rüfət Abbasov, Kərim Rossi (Abdullahi Şuaybu, 85), Andrey Tırkovyanu (Edqar Ədilxanov, 46), Dioqu Balau (Ramiz Muradov, 90+1), Sezar, David Santos, Alfons Msanqa (Emil Süleymanov, 85)
“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev (Toral Bayramov, 65), Abdulla Zubir (k), Kevin Medina, Kadi (Musa Qurbanlı, 66), Mateus Silva, Coni Montiel, Leandro Andrade, Pedro Bikalyo, Kamillo Duran
Sarı vərəqələr: Mustafazadə, Montiel, Msanqa, Silva, Süleymanov, Duran