“Qəbələ” qış fasiləsindən dönüşü qarlı Şamaxıda əsl qasırğaya döndü. “Qara-qırmızı”lar səfərdə Şamaxı klubunu darmadağın etdi.
İlk yarı meydan sahiblərinin nisbi üstünlüyü ilə keçsə də yarının taleyini meydan sahinlərinin müdafiədə yol verdiyi səhv həll etdi. Domi Massumo qapıçı ilə təkbətək qalaraq topu onun üzərindən qapıya aşırmaq istədi, qapıçının qaytardığı topu təkrar tora göndərdi.
İkinci hissə qəbələlilər üçün uğurlu başladı. Cərimə zərbəsindən göndərilən topu İsaak Amoa başı, daha dəqiq olsaq çiyni ilə qapıdan keçirdi. Oyunun qalan hissəsində meydan sahibləri vəziyyəti dəyişmək istəsə də, ciddi heç nə edə bilmədi. Əvəzində “Qəbələ” daha iki qol vuraraq qış yuxusundan fırtına kimi ayıldığını göstərdi.
Premyer Liqa, 17-ci tur
“Şamaxı” – “Qəbələ” 0:4
Qol: Domi Massumo, 45 (0:1). İsaak Amoa, 47 (0:2). Akinade, 81 (0:3). F. İsgəndərov, 90+4 (0:4).