Şamaxıda qolsuz sülh

08.03.26 | 16:22
Ölkə futbolu

Premyer Liqanın 23-cü turun növbəti qarşılaşması Şamaxıda baş tutub. “Şamaxı” öz meydanında “İmişli” ilə qarşılaşıb. Elitada yerini qorumaq uğrunda mübarizə aparan rəqiblərin duelində tərəflər meydanı hərəyə bir xalla tərk ediblər.

Şamaxı şəhər stadionuna toplaşan azarkeşlər hər iki komandadan aktiv və hücumameyilli futbol gözləsələr də, reallıq fərqli olub. Qarşılaşma əsasən orta sahə mübarizəsi şəraitində keçib və qol epizodlarının azlığı ilə yadda qalıb. Komandaların ehtiyatlı oyunu və hücum xəttindəki kəsərsizlik matçın tempinin aşağı düşməsinə səbəb olub.

Nə Ayxan Abbasovun, nə də Jorje Kaşkilyanın taktiki gedişləri, eləcə də ikinci hissədə edilən əvəzləmələr tablodakı rəqəmləri dəyişməyə kifayət etməyib. 90 dəqiqənin sonunda qeydə alınan qolsuz bərabərlik tərəfləri turnir cədvəlində bir addım irəli aparsa da, azarkeşləri məmnun etməyib.

“ŞAMAXI” – “İMİŞLİ” 0:0

Baş hakim: Vüqar Həsənli.

“Şamaxı”: Rikardu Fernandeş (k), Abdulla Rzayev (Emil Süleymanov, 89), Rüfət Abbasov, Kərim Rossi, Andrey Tirkovyanu (Həbib İsmayılov, 89), Sezar, David Santos, Rikardo Apolinario, Alfons Msanqa (Oruc Məmmədov, 46), Edqar Adılxanov (Dioqu Balau, 61), Vladislav Veremeyev.

“İmişli”: Andrey Sinenka, Azər Salahlı (k), İdris İnqilablı (Abbas Ağazadə, 66), Rafael Vieqas, Nikola Karaklaiç (Dieqo Kardozo, 66), Edvin Banquera, Ronaldo Rodriqes, Dioqu Almeyda, Dioqu Rollo, Ezekiyel Morqan, Juninyo.Sarı vərəqələr: Dioqu Almeyda, 27. Alfons Msanqa, 36. David Santos, 60. Ronaldo Rodriqes, 77.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48