Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk görüşləri baş tutub. Yarışın rəmzi ilk gedişini Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Yaqub Hüseynov edib.
Kişilər arasında keçirilən partiyalarda hələlik tarazlıq hökm sürür. Şəhriyar Məmmədyarov Aydın Süleymanlı ilə, Məhəmməd Muradlı isə Read Səmədov sülh bağlayıb.
Qadın şahmatçıların mübarizəsi isə daha gərgin və gözlənilməz hadisələrlə yadda qalıb. Ülviyyə Fətəliyeva inamlı oyun nümayiş etdirərək Gülnar Məmmədovanı məğlub edib. Digər tərəfdən, Türkan Məmmədyarova texniki qələbə qazanıb. Buna səbəb rəqibi Ayan Allahverdiyevanın oyun zamanı iki dəfə qayda pozuntusuna yol verməsi olub. Digər tərəfdən, Türkan Məmmədyarova texniki qələbə qazanıb. Buna səbəb rəqibi Ayan Allahverdiyevanın oyun zamanı iki dəfə qayda pozuntusuna yol verməsi olub.