Şahmat üzrə ölkə çempionatında 1/8 final mərhələsinin ilk nəticələri açıqlanıb. Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı növbəti 1/4 finala vəsiqə qazanıb.
Rauf Məmmədov – Şiroğlan Talıbov və Xaqan Əhməd – Nicat Abasov cütlüklərində qaliblər bu gün keçiriləcək tay-brek qarşılaşmalarından sonra bəlli olacaq.
Qadınlar arasında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 finala vəsiqəni təmin ediblər. Gövhər Beydullayeva – Nərmin Abdinova duelində isə növbəti mərhələnin iştirakçısı tay-brekdə müəyyənləşəcək.
Xatırladaq ki, şahmat üzrə ölkə çempionatına fevralın 22-də yekun vurulacaq. Partiyalar hər gün saat 15-00-da başlayır.