Qətərin paytaxtı Doha şəhərində keçirilən şahmatın rapid və blits növləri üzrə dünya çempionatına bu gün yekun vurulacaq. Artıq turnirin ilk üç gününü əhatə edən rapid yarışları başa çatıb, blits üzrə qaliblər isə bu gün müəyyənləşəcək. Təəssüf ki, şahmatçılarımızın hazırkı nəticələri o qədər də qənaətbəxş deyil. 13 turdan sonra kişi şahmatçılarımız arasında ən yaxşı göstəriciyə Teymur Rəcəbov (8 xal, 35-ci yer) imza atıb. Qadınların mübarizəsində isə 10 turdan sonra ən yüksək nəticə 5 xalla 63-cü sırada qərarlaşan Gülnar Məmmədovaya məxsusdur.