Bu gün şahmat üzrə Dünya kubokunda 1/32 final mərhələsinin oyunları keçiriləcək. Şəhriyar Məmmədyarov macar Gergel Kantorla, Rauf Məmmədov alman Rasmus Svayn, Nicat Abasov rusiyalı Andrey Esipenko və Aydın Süleymanlı rumın Boqdan-Daniel Deak ilə qarşılaşacaq.
Xatırladaq ki, noyabra 26-da başa şatacaq turnirin ümumi mükafat fondu 2 mln. ABŞ dollardır. Qalib şahmatçının payına 120.000 ABŞ dolları düşəcək . İlk üç yeri tutan şahmatçılar isə iddiallıların turnirinə vəsiqə qazanacaqlar.